Son illər Türkiyədə diqqət çəkən “Büyük ev Ablukada” qrupunun qurucusu və aktyor Bartu Küçükçağlayan səhnəyə ətəkdə çıxıb.
OLAY yazır ki, konsert zamanı yaşıl ətək geyinən sənətçi jurnalist Nihat Genç tərəfindən tənqid olunub.
“Bartu Küçükçağlayan adlı müğənni səhnəyə yaşıl ətəklə çıxır, maqazin dünyası bir-birinə dəyir “Nə olub ki? Bir dollar fırtınası idi, gəldi keçdi, indi də çıxdı”, - deyənlərə gəlsin. Zərər çox ağırdır, fırtına gəlib deşib keçib, bu da məmləkətimizdən mənzərələr”, - deyə, Nihat yazıb.
Onun tənqidi də tənqidlərə məruz qalıb. Nihat Gençə “Bir də istəyirsən ağla”, “Nihat da dəli olub deyəsən” sözləri ilə tvitlər yazılıb.
Qeyd edək ki, B.Küçükçağlayan “Binbir gece”, “Yalan dünya” adlı seriallarla məşhurlaşıb.