Olay
Olay

Zeynəb Xanlarovanın ad günündən görüntülər

Zeynəb Xanlarovanın ad günündən görüntülər

Dünən Xalq artisti Zeynəb Xanlarova 85 yaşı qeyd edib. 

OLAY yazır ki, onun qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova müğənninin evindən video paylaşıb. Sənətçi bildirib ki, bibisinin doğum günündə iştirak edir:

“Zeynəb Xanlarovanın evində onun doğum günün qeyd edirik. Ailə dostumuz Rauf Məmmədov pianoda gözəl ifalar edərək bizə xoş anlar yaşatdı. Uca Allah Zeynəb Xanlarovanı ailəmizin və Azərbaycan xalqının başından əsirgəməsin”.

Mehriban Xanlarova bir başqa paylaşımda isə Mədəniyyət Nazirliyinin Z. Xanlarovanı məktubla təbrik etdiyini də bildirib:

“Mədəniyyət naziri Anar Kərimov tərəfindən Zeynəb Xanlarovaya doğum günü təbrikidir. Diqqətiniz üçün təşəkkürümüzü bildiririk”.