Olay
Olay

Elzanın mahnı davası - Gülaydan sərt cavab

Elzanın mahnı davası - Gülaydan sərt cavab

Əməkdar artist Elza Seyidcahan ilə müğənni Gülay Zeynallı arasında qalmaqal yaşanıb.

OLAY yazır ki, Elza “10-da görüşək” verilişində qonaq olarkən Gülaya irad bildirib. Bəstəkar-müğənni deyib ki, sənətçiyə verdiyi mahnını o, daha oxumur:

“Gülay Zeynallıya irad bildirirəm. Ona mahnı vermişəm. Bəzən müğənnilər gedib toya görə stillərini dəyişirlər. Gülaya elə gözəl mahnı vermişəm ki, adı “Əl çəksin kədər”di. Görürəm ki, o mahnıları oxumurlar. Mən də toy səviyyəsində mahnılar yaza bilərəm. Yazmaq istəmədiyim üçün, müğənni oldum. Çünki mahnını verirsən, oxumurlar, deyirlər, bundan pul gəlmir. Ya da oxuyanda bəstəkarın, şairin adını demirlər”.

Gülaydan Elzaya cavab gecikməyib. O, instaqramda Əməkdar artistin çıxışını paylaşaraq bu sözləri yazıb:

“Elza xanım, sizi çox sevirəm, böyük hörmətim var. Amma mahnı verməmisiniz, satmısınız. Mən də almışam. Mahnı artıq mənimdir. Ürəyim istəyən zaman ifa edərəm”.

Qeyd edək ki, Gülay sözügedən mahnını 6 il öncə səsləndirib.