“Evdə tək” filmindəki Kevin obrazı ilə populyarlaşan Makali Kalkinin adı Hollivudun “Şöhrət xiyabanı”na yazılıb.
OLAY yazır ki, ötən gün sənətçinin ulduzunun açılış mərasimi baş tutub. Tədbirdə Kevinin anasını oynayan Ketrin Ohara tək qoymayıb.
O, çıxışında “Kevin”ə təşəkkür edib:
“Təşəkkür edirəm ki, səni iki dəfə evdə unutmağıma rəğmən məni bu tədbirə dəvət etmisən”.
Onların illər sonrakı görüşü sosial şəbəkələrdə gündəm olub. Əksəriyyət “O, bu dəfə Kevini unutmadı” kimi şərhlər yazıblar.