Rusiyanın Əməkdar artisti Qriqori Leps Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva ilə bir araya gəlib.
OLAY yazır ki, o, bu barədə instaqram hesabında məlumat verib. Leps Prezident İlham Əliyevin qızları ilə Bakı konsertindən sonra söhbət etdiyini vurğulayıb.
Sosial şəbəkədə paylaşılan şəkillər isə musiqi gecəsinin ardından lentə alınıb.
Qriqori bildirib ki, hər iki xanım ecazkar ifasına görə ona təşəkkür edib.