Olay
Olay

“Qısqanclıq nə vaxtsa olub, artıq yoxdur” – Aygündən etiraf

“Qısqanclıq nə vaxtsa olub, artıq yoxdur” – Aygündən etiraf

Xalq artisti Aygün Kazımova “Zaurla Günaydın” verilişinin Yeni il buraxılışında qonaq olub.

OLAY yazır ki, proqramda Raufla yer alan sənətçi haqda Günay Baxşəliyeva “Mövsümün açılışında da Aygün xanım qonaq olmuşdu, indi də. İli onunla başlayıb, onunla yekunlaşdırırıq” sözlərini deyib. Rauf isə “Sizin xəbəriniz var? Şou-biznes Aygün xanımla başlayıb”, - deyə, bildirib.

Zaur Baxşəliyev isə Raufa dəstək verib:

“Niyə də yox? Niyə buna qısqanclıqla yanaşmaq lazımdır? Bir Aygünümüz var. Hər kəsdən bir dənədir. Heç kimi heç kimi əvəz etmir, yerini tutmur. Hamının saçının rəngi, əlinin izi, sənəti, mahnıları, oxumağı fərqlidir. Ona görə də Aygünə bunu deyib, onu daha böyük zirvələrə götürmək lazımdır”.

Aygün Kazımova isə zaman-zaman qısqanclıqların olduğunu bildirsə də, artıq bunların başa çatdığını bildirib:

“Düşünürəm, artıq qısqanclıqdan keçib. Qısqanclıq nə vaxtsa olub, artıq yoxdur. Bir mərhələ idi. O mərhələlərdən hər bir yaradıcı insan keçir. Söhbət məndən də getmir. Hansısa mərhələlər, illər, təcrübə, gəlirsən ya sözünü deyirsən, ya da sözsüz gedirsən. Buradan sənət dostlarımı salamlayıram. İliniz gözəl açılsın, gözəl bitsin. Hamınıza yaradıcılığınızda uğurlar, can sağlığı arzulayıram”.