Olay
Olay

91 yaşlı atasının vəziyyəti ağırlaşdı

91 yaşlı atasının vəziyyəti ağırlaşdı

Rusiyalı müğənni Filipp Kirkorovun atası Bedros Kirkorovun səhhətində problem yaranıb.

OLAY yazır ki, Rusiyanın 91 yaşlı xalq artisti üçün təcili yardım çağırılıb. O, boğulmağa başladığını bildirib. 

Kirkorovun atasının səhhəti ilə bağlı təfərrüatlar dəqiqləşdirilir. Onun xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilməyib.

Qeyd edək ki, yayda kardiostimulyator quraşdırdıqdan sonra Bedros Kirkorovun bir qulağının kar olduğu haqda xəbərlər yayılıb. Sənətçi yorğunluqdan və əzələlərindəki ağrılardan da şikayət edib.