Amerikalı müğənni Taylor Svift son konsert turu sayəsində milyarderolub.
OLAY yazır ki, "Eras" turundan sonra Sviftin sərvəti 1,1 milyard dollara çatıb.
Bu qiymətləndirmə yalnız ictimai məlumatlar əsasında təsdiqlənə bilən gəlirlərə əsasən hazırlanıb. Bundan əlavə turun təşkili xərcləri, vergiləri, menecerlərin və agentlərin maaşları da nəzərə alınıb.