Musiqi
Musiqi

50 yük maşını sürücüsünə 100 min dollar hədiyyə etdi

50 yük maşını sürücüsünə 100 min dollar hədiyyə etdi

Amerikalı pop ulduz Taylor Svift komandasında olan 50 yük maşını sürücüsünün hər birinə təşəkkür olaraq 100 min dollar verib.

OLAY yazır ki, müğənni Kaliforniyanın Santa Klara şəhərində konsert verməzdən əvvəl sürücülərə çek verib. Həmin sürücülər Sviftin "Eras" turu çərçivəsində konsert üçün ləvazimatları yük maşınlarında Amerika boyunca daşıyıblar. 

Həmçinin bildirilib ki, ifaçı qastrol zamanı onunla birlikdə işləyən stilistləri, vizajistləri, səs mühəndislərini, rəqqasları və digər mütəxəssisləri də diqqətdən kənarda qoymayıb.

Dəqiq məbləğ bilinməsə də, insayder Sviftin öz köməkçilərini səxavətlə mükafatlandırdığına əmin edib

Sviftin tur zamanı  əldə etdiyi qazancının şou-biznes aləmində bəzi rekordlar qıra biləcəyi də istisna edilmir. Onun turlardan əldə etdiyi gəlir artıq 1 milyard dolları ötüb.