Olay
Olay

Şvarzenegger veteranlara 25 ev verdi

Şvarzenegger veteranlara 25 ev verdi

Amerikalı aktyor və siyasətçi Arnold Şvarzenegger evsiz veteranlara Milad hədiyyəsi edib.

OLAY yazır ki, Hollivud ulduzu  onlara Los-Ancelesdə 25 kompakt ev verib. O, xeyriyyə aksiyası barədə instaqram səhifəsində məlumat verib. 

Şvarzeneggerinsözlərinə görə, o, Milad bayramını vaxtından əvvəl qeyd etməyə başlayıb.

"Qəhrəmanlarımızla vaxt keçirməyi və onları yeni evlərində qarşılamağı çox sevirdim", - deyə TV ulduzu bildirib.