“Keşlə”nin kamerunlu futbolçusu Anatole Abanq və azərbaycanlı xanımı Adelia Hacıyeva yeni şəkilləri ilə gündəm gəliblər. Belə ki, bir müddət əvvəl ailə quran cütlük valideyn olacaq.
OLAY yazır ki, bu səbəbdən onlar fotoqraf Zeynal Məmmədliyə fotosessiya etdiriblər.
Adelianın göbəyi açıq geyimdə xarici görünüşündəki dəyişikliyi təqdim etməsi sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb, və paylaşım tənqidlərə məruz qalıb.
Qeyd edək ki, Anatole və Adelia bu ilin yayında evlənib.