“Dünən ilk dəfə idi ki, hansısa məsuliyyətli rolu oynayanda səninlə məsləhət edə bilmədim. Bilirəm, heç zaman sən olmayacağam, amma dünən çalışdım ən azından sənə bir az bənzəyim”.
OLAY yazır ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruz atası ilə bağlı etdiyi paylaşımda yazıb.
“Bizi özünə mənəvi möhtac qoyan, dağ ürəkli atam. Yerin hər zaman görünəcək, yolxuğun belə mənə kömək olacaq! Nur içində uyu, uğurlarımı gör sadəcə. Səni hər kəsdən, özümdən belə çox istəyirəm” – deyə Cavidan Novruz qeyd edib.