"Yeşilçam"ın ulduzu, aktrisa Harika Avcının səhhətinin getdikcə pisləşdiyi bəlli olub.
OLAY yazır ki, sənətçinin övladlığa götürdüyü oğlu ötən il qaraciyər çatışmazlığı diaqnozu qoyulanaktrisanın müalicə almaqdan imtina etdiynı açıqlayıb.
Harika Avcının evdən çıxmadığı və heç kimlə görüşmək istəmədiyi bildirilib.
Maddi problemlər və depressiya səbəbiylə çətin günlər yaşayan, həmçinin müalicədən imtina edən aktrisanın yaxınlarının onu razı salmağa çalışdığı qeyd edilib.