Olay
Olay

Norveç şahzadəsi və şamanın toy tarixini açıqlandı

Norveç şahzadəsi və şamanın toy tarixini açıqlandı

Norveç şahzadəsi Marta Luiza və onun nişanlısı, özünü şaman adlandıran Durek Verret toy tarixini açıqlayıblar. 

OLAY yazır ki, ötən yay nişanlandıqlarını elan edən cütlüyün toy mərasimi 2024-cü il avqustun 31-də Qayanqer kurort şəhərində baş tutacaq.

Gəlinin valideynləri, Norveç kralı V Harald və Kraliça Sonya və qardaşı, Norveçin vəliəhd şahzadəsi Haakon onları təbrik ediblər.

Onlar Marta Luizanın krallıq titulundan imtina etdiyi Verrettini ailəyə qəbuletməkdən şad olacaqlarını söyləyiblər. 

Toydan sonra məşhur Hollivud şamanı kral ailəsinin üzvü olacaq, lakin bu ada layiq görülməyəcək.

Qeyd edək ki, Şahzadə Marta Luiza və Durek Verrett 2019-cu ildə görüşməyə başlayıblar və üç il sonra nişanlandıqlarını elan ediblər. 

Cütlüyün münasibətləri 48 yaşlı Verretin fəaliyyətinə görə mətbuatda aktiv şəkildə müzakirə olunub.