Ötən həftə müğənni İrem Derici Nişantaşıdakı lüks klinikalardan birinə gedib.
OLAY yazır ki, “Dedeman Holding”in keçmiş rəhbəri, mərhum iş adamı Murat Dedemanın həyat yoldaşı Sevda Dedeman klinikaya gəlib.
İkili arasında başlayan mübahisə davaya çevrilib.
Klinikada çalışan katibə onları ayırmağa çalışıb. Lakin başına dibçək dəyən katibə xəstəxanaya aparılıb və bir gün müşahidə altında saxlanılıb.
İrem və Sevda polisə müraciət edərək bir-birindən şikayətçi olublar. Araşdırma davam edən zaman isə tərəflər barışdıqlarını bildiriblər.