“Hər gün mənimlə danışan, uşaqlarla bağlı mövzuları bölüşən, evdə görüşən, görüntülü danışıqlar edən Mətanət İsgəndərli, efirə çıxıb yalandan təzə gəlinin ailəsinin qorxusundan dediklərinə görə Allah qarşısında cavab verəcəksən. Özün mənə deyirdin ki, sakit ol. Təzə gəlin bilməsin. Uşaqları götürmə, yoxsa gəlib hər şeyə yiyələnər. İnsanda bir üz olar".
OLAY yazır ki, bu sözləri əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana deyib.
"Uşaqlarımı anasız qoyan qadın, səninlə rol oynamaqdan, sənin oyunlarına aldanmaqdan bezdim. Sən çox təhlükəli insansan. Özünü, sözünü bilməyən yalançı qadın. Mənim analığını hər dəfə milyonlarla insanın qarşısında təhqir etdiyinə görə səni və o verilişin aparıcısını məhkəməyə verirəm. Qarşı tərəf olmadan məni müzakirə edirsiniz. Bu gün keçirdiyim stresə, övladlarımın yanında əzildiyimə və axıtdığım göz yaşlarıma görə cavab verəcəksiniz. Uşaqların yaşamasını dünənsənsə, onları evlə təmin etməlisən. Məni bütün mülklərdən imtinaya məcbur etdin. İş yerlərimdən etdin. Yalandan aldadırsan. Səbr et deyirsən. Saflığımdan istifadə edib oynayırsan. Nə vaxta kimi? Allah var axı” - deyə o bildirib.