Böyük Britaniya kralı III Çarlz şahzadə Harrinin qız uşağı olaraq doğulmamasından məyus olub.
OLAY yazır ki, bu barədə "Diana: Onun hekayəsinin qalan hissəsi" sənədli filmində qeyd edilib.
Şahzadə Diananın filmdə istifadə edilən audioyazılar onun yaxın dostu ilə söhbətləri zamanı qeydə alınıb. Onun sözlərinə görə, Harrinin vəftiz mərasimində kraliça II Yelizaveta ilə söhbətində şahzadə Çarlz qız övladı gözlədiyi üçün ikinci övladının cinsiyyətindən məyus olduğunu bildirib.
Bununla belə, Britaniya monarxı ona normal övladı olduğuna sevinməyi məsləhət görüb. Bundan sonra Şahzadə Çarlz anasından inciyib və demək olar ki, onunla danışmağı dayandırıb.