Xəbər verdiyimiz kimi, aktyor və aparıcı Elcan Rəsulov yaşadığı binanın blokundakı acınacaqlı vəziyyəti sosial şəbəkə hesabında paylaşıb.
OLAY yazır ki, o, blokun dağınıq vəziyyətdə olması ilə yanaşı, narkomanların da məskəninə çevrildiyini vurğulayıb.
Aktyorun sözügedən paylaşımına Daxili İşlər Nazirliyi tərəfindən reaksiya gəlib.
Bu haqda Elcan Rəsulov etdiyi növbəti paylaşımda bildirib. O, polis əməkdaşlarına təşəkkür edib:
“Dünən blokumuzdan isti-isti görüntülər paylaşmışdım. Həmişə olduğu kimi, məsələyə yalnız anında polis reaksiya verdi. Nə yerli icra orqanından, nə bələdiyyədən, MKİS-dən bir nəfər də gəlmədi ki, bəs bizim ərazidir, görəsən niyə bu gündədir. Yaxşı ki, bu ölkənin polisi var. Yoxsa dərdimizi özümüz deyib, özümüz eşidərdik”.