"Rammstein" qrupunun solisti Till Lindemann təcavüz iddiaları ilə bağlı ilk dəfə danışıb.
OLAY yazır ki, o, bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. İfaçı onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.
"İstintaqın bitməsini qərəzsiz gözləyən hər kəsə təşəkkür edirəm" - deyə Lindemann qeyd edib.
Xatırladaq ki, 2022-ci ilin iyununda Till Lindemanna qarşı araşdırmalar başlayıb. Məşhur metal qrupunun solisti bir neçə qadın tərəfindən təcavüzdə ittiham olunub.
Avqustun 29-da isə Lindemanna qarşı işə xitam verilib. Zorakılığın qurbanı olduğu iddia edilənlərdən heç biri şikayətçi olmayıb.