Aparıcı və prodüser Tarix Əliyevə (Tolik) qarşı dələduzluq edən şəxs saxlanılıb.
OLAY yazır ki, bu barədə T.Əliyev “İnstagram” hesabında məlumat verib.
“DİN-nin bütün əməkdaşlarına təşəkkür edirəm. Bu gün Azərbaycan polisi çox operativ şəkildə şikayətlərin həlli üçün gecə-gündüz çalışır. Mənim şikayətim böyük olmasa da, tez bir zamanda reaksiya verib, mənə qarşı dələduzluq edən, pulumu alıb işini təhvil verməyən “qrafit”i tapıb, həm mənə qaytarmadığı məbləği, həm də qanun çərçivəsində izahatı alındı. Bəzən sosil şəbəkələrdə düşünürlər ki, kimisə aldatsalar məsələ elə belə də qalacaq. Amma DİN bu halların da qarşısını alır. Çox sağ olun” – deyə Tarix Əliyev bildirib.