Olay
Olay

Yenidən sevgilidirlər?

Yenidən sevgilidirlər?

4 il sevgili olan, daha sonra isə yollarını ayıran məşhur cütlük Serenay Sarıkaya və Kerem Bursin haqda yeni iddia irəli sürülüb.

OLAY yazır ki, keçmiş sevgililərin yenidən barışdığı bildirilib. 

Belə qənaətə isə məşhurların fanatları gəliblər. Buna səbəb Kerem Bursinin bacısı Melisa Bursinin Serenay Sarıkayanı "İnstagram"da yenidən izləməyə almasıdır. 

Qeyd edək ki, Kerem Bürsin Serenay Sarıkayadan ayrılıb Hande Erçel ilə münasibət qurduqdan sonra Sarıkayanı izləmədən çıxarıb. Serenay Sarıkaya ilə Kerem Bürsin isə sevgili olmasalar da, sosial şəbəkədə bir-birini izləməyə davam edirlər.