Olay
Olay

Daha bir qadın onu təcavüzdə günahlandırır

Daha bir qadın onu təcavüzdə günahlandırır

Almaniyanın məşhur “Rammstein” metal qrupunun solisti Till Lindemann daha bir qadın tərəfindən təcavüzdə günahlandırılıb.

OLAY yazır ki, əsl adı açıqlanmayan Avstriya vətəndaşı "Rammstein" qrupunun üzvləri ilə ziyafətə dəvət olunub. Onun sözlərinə görə, tədbir zamanı Lindemann bir neçə qızı otel otağına dəvət edib. O, Lindemannın orada onunla cinsi əlaqədə olmaq istədiyini, lakin rədd cavabı verdiyi iddia edib. Bundan sonra o, zərərçəkmişi çarpayıya atıb və güclə onun ombasına bir neçə dəfə zərbə endirib. 

Zərbələrin təsirindən zrbələrdən hematomalar yaranıb. Prokurorluğa müraciət edən xanım hematomaların görünütüsünü də təqdim edib. Bildirilib ki, bu fotolar sübut kimi istifadə edilə bilər. 

Xatırladaq ki, Berlin prokurorluğu bir neçə qadını zorlamaqda ittiham olunan Till Lindemannla bağlı araşdırma aparır.