Olay
Olay

Ruhi Əliyeva ilk dəfə övladlarını göstərdi

Ruhi Əliyeva ilk dəfə övladlarını göstərdi

Tanınmış iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhiyyə Əliyeva övladları Məhəmməd və Həsənlə bağlı paylaşım edib.

OLAY yazır ki, R.Əliyeva övladlarının doğum günündə ilk dəfə onların fotosunu "Instagram" hesabında yayımlayıb. 

İş xanımı ürək sözlərini belə dilə gətirib:

"Sizi o qədər çox arzulamışam ki... 

Süd qoxunuzu ciyərimə çəkmək, laylamla yatırmaq, boyunuzu oxşamaq üçün Allaha nə qədər dualar eləmişəm... 

Lütf edən də sonda məni ikinizlə mükafatlandırdı. Ən ali, ən gözəl görəvi nəsib elədi. Məhəmmədlə Həsənə ana olmaq kimi uca məqama yüksəltdi.

O gündən hər sabahı sizin gülüşünüzlə açıram. 

11 ildir Siz- könlümün iki əfəndisi məni dünyanın ən xoşbəxt, ən məsud anasına çevirdiniz. 

Siz mənim ən böyük sevgim, sevincim, mərhəmətimsiniz! Gücüm, mücadiləm, yaşam səbəbimsiniz! 

Həyatda gözəl, doğru, işıqlı nə varsa, biz ona doğru birgə addımlayırıq. Yorulanda, çətinə düşəndə məsum, gözəl gözləriniz yolgöstərənim olur.

Bu gün Sizin gününüzdür. 

Arzu edirəm, ömrümün, ömrünüzün hər günü sizin gününüz olsun! Sevincinizin, gülüşünüzün, məmnuniyyətinizin, uğurunuzun günü! Ad gününüz mübarək, Məhəmmədim və Həsənim".