Olay
Olay

Ezgi Fındık azərbaycanlıya hörmətsizlik etdi

Ezgi Fındık azərbaycanlıya hörmətsizlik etdi

Azərbaycanlı dizayner Sultan Qədimbəyli məşhur türk influenser Ezgi Fındıkdan şikayətçi olub.

Bu barədə sənətçi OLAY-a məlumat verib. Türkiyədə fəaliyyət göstərən dəb mütəxəssisi bildirib ki, Ezgi “Gadimbayli” brendi tərəfindən ona hədiyyə edilən libası satışa çıxarıb.

Sultan və komandası influenserin “Dolap” platformasında ucuz satılmasına etiraz edib və buna görə Fındıka mesaj ünvanlayıb:

“Əl işimizin satışda olduğunun fərqinə vardıq, üstəlik normal qiymətinin 10%-i dəyərində. Bu hədiyyə sizə özəl hazırlanmışdı. Etdiyiniz markamızın imicinə zərər verən hərəkətdir. İstifadə etmirsinizsə, geri ala bilərik. Dəyərlərimizə hörmətlə yanaşmağınızı gözləyirik”.

E.Fındık isə onların mesajını cavabsız qoyub.

Qeyd edək ki, paltar platformada 800 lirəyə (təxminən 57 manat –red.) satışa çıxarılıb.