İspan bəstəkar və müğənni Rosalianın yeni klipində azərbaycanlı dizayner Fidan Novruzovanın geyimindən istifadə olunub.
OLAY yazır ki, ötən gün təqdim edilən “Tuya” adlı layihədə kazino səhnəsində Rosalio qara libasla kamera qarşısına çıxır. Klipdə müğənninin tərzi üzərində çalışan dizayner bacılar Kloe və Çenel Delqadiolar Fidanın geyimindən istifadə ediblər.
Bu barədə Novruzova sosial media hesabında məlumat verib.
Qeyd edək ki, bundan öncə Kendall Cenner, Bella Hadid kimi məşhurlar Fidanın kolleksiyasından geyinib.