Meyxanaçı Ağamirzə şair Nazilə Səfərlinin meyxanaçı Ağakərimin oğlu Kamilin atasına psixotrop iynələr vurması ilə bağlı iddialarına cavab verib.
OLAY yazır ki, meyxana ustadı instaqramda video yayaraq məsələyə aydınlıq gətirib:
“Qarşıma bir videoyazı çıxdı. Biri Kərim haqda danışırdı. Ola bilsin ki, ona yanlış məlumat verilib. Kərimə çox gözəl baxılır. Ona ancaq həkimin yazdığı dərmanlar verilir. Bunu polislə, həkimlə öyrənmək olar. Mənliyimə and olsun ki, ailəsi Kərimə çox yaxşı baxır. Oğlu da çox ağıllı oğlandır. Nazənin (müğənni Nazənin) xanıma gəldikdə isə, o bizə hər zaman qardaş deyib. Ola bilsin, yanlış məlumatlar verilib”.
Qeyd edək ki, xaricdə yaşayan videoblogerlərdən birinin iddiasına görə, illər əvvəl Nazəninlə Ağakərim sevgi yaşayıb.
Deyilir ki, Ağakərimin xanımı isə uzun müddət əvvəl yaşanan hadisəni unutmayaraq meyxanaçadan qisas alır, onun səhhətinə diqqət yetirmir.