Olay
Olay

Aynurun dəyişimi müzakirə yaratdı

Aynurun dəyişimi müzakirə yaratdı

Müğənni Aynur Dadaşova yeni fotosessiyası ilə gündəmə gəlib. 

OLAY yazır ki, ifaçı bir neçə gün bundan əvvəl təqdim etdiyi foto-layihədə dəyişən imici ilə diqqət çəkib. 

Sənətçi kamera qarşısına fərqli “look”larda çıxıb.  Hətta onun foto üçün verdiyi pozalar da marağa səbəb olub. 

Aynurun dəyişimi barədə sosial şəbəkə istifadəçilərinin münasibəti də fərqli olub.  Kimisi ifaçının əvvəlki obrazına qayıtmağı tövsiyə edib, kimisi isə ona bu imicin yaraşdığını vurğulayıb.

Qeyd edək ki, Dadaşovaların fotolarını fotoqraf Reşan Hüseynov lentə alıb.