Olay
Olay

Xose ilə Dado arasında gərginlik!

Xose ilə Dado arasında gərginlik!

İki məşhur repçi- Elşad Xose və Dadonun münasibətləri korlanıb.

OLAY yazır ki, bu barədə Dado “Səhərin səsi” proqramında qonaq olarkən deyib. Repçi bildirib ki, maşında kiçik söhbətləri olub, daha sonra Xose tərəfindən instaqramda izləmədən çıxarılıb:

“İki-üç aydır ki, münasibətimiz yoxdur. Günlərin bir günü görürəm ki, Xose məni izləmədən çıxarıb. Ondan əvvəl maşında müzakirəmiz oldu. Emosional davranıb ona cavab vermədim. Çünki xanımı da maşında idi. Sonra gördüm məni çıxarıb, mən də qarşılıq verdim. Yəqin tədbiri, pulu çoxalıb. Ona görə, belə edir.

Mən əvvəldən Hüseyn Dəryanın “banda”sında olmuşam. Xose ilk olaraq özü mənə yaxınlıq etmişdi. Bizim münasibət Hüseyn öləndən sonra başlayıb. Bu biznesdə mən “podarka” deyiləm. Bilirəm nə, necədir”.