Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Ramiz hazırda küçədə yaşayır.
OLAY yazır ki, bu barədə müğənni Elman Zeynalov məlumat verib. O, Laura Cuqeliyevanın "Nado obsudit" yutub verilişində deyib ki, Ramiz həddindən artıq spirtli iççi qəbul edir və kimliyini müəyyənləşdirən sənədləri yoxdur:
“Pulu olsa belə, şəxsiyyət vəsiqəsi olmadığından oteldə, yataqxanada gecələyə bilmir. Qatarda yatır. Ramiz azərbaycanlıdır. Onun sənədlərini Azərbaycan arxivlərində axtarmaq lazımdır. Amma o, dəqiq məlumatı, pasport nömrəsini, bir sözlə, heç nəyi bilmir. O, canlı ölüdür. Bu dünyada olmaq onu incidir və qorxudur”.
Elman deyib ki, Ramizin sənədlərini bərpa etmək niyyətindədir. “Jara TV” xəbərində qeyd edilib ki, Ramiz 10 ildir küçədə yaşayır.