Bəstəkar-müğənni Murad Arif çalışdığı İctimai Televiziyaya irad bildirib.
OLAY yazır ki, sənətçi bu barədə “Facebook” hesabında paylaşım edib.
“Səs” layihəsindəki komandasının çıxışını izləyiciləri ilə bölüşən Murad ifa zamanı emosiyalarının nümayiş etdirilməməsini qınayıb:
“Hörmətli İTV, montaj redaktorunuz Eldarın fanatıdır (red. – Eldar Qasımov). İştirakçılar mənim, nömrənin rəhbəri mən, həyəcan məndə, kadrda isə yalnız Eldar”.