Olay
Olay

Asya sərbəst buraxıldı

Asya sərbəst buraxıldı

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Asya Əlizadə (Alizadeh) sərbəst buraxılıb.  

OLAY yazır ki, sənətçi bu barədə instaqram hesabında məlumat verib.  O, Yıldız Tilbenin “Delikanlım” mahnısını oxuyan görüntülərini paylaşıb, azadlığa qovuşduğunu bildirib.

Qeyd edək ki, sənətçi iki gün əvvəl kliplərində narkotik təbliğatı aparması iddiasına görə polis tərəfindən saxlanılmışdı. 

Xatırladaq ki, Y. Tilbe illər əvvəl narkotikə görə saxlanılmış, məhkəmə zalından çıxarkən “Delikanlım” mahnısını ifa edərək KİV-in suallarına cavab vermişdi.