Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Asya Əlizadə (Alizadeh) kliplərində narkotik təbliğatı aparması iddiasına görə polis tərəfindən saxlanılıb.
OLAY yazır ki, sosial mediada sənətçiyə dəstək kampaniyası başladılıb.
Belə ki, ifaçı haqda “Musiqi azadlıqdır, sərhəd qoyulmamalıdır!”, “Azad yaşamaq hamının haqqıdır”, “Keçmiş olsun, Alizade!” və s. tipli dəstəkverici mesajlar paylaşılır.