“Bu hadisə illər əvvəl planlaşdırılmışdı. Məni boşamaq planları hər zaman olmuşdu. Övladlarım da onlara heç lazım deyil. Məhkəmə bitib qurtarandan sonra onları geri göndərəcəklər. Bunu da alimenti mən ödəyim, uşaqlara ev verməsinlər deyə edirlər. Hazırda uşaqlar onlara lazımdır. Körpə və ananı düşünən yoxdur”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana instaqramda yazıb.
O, sənətçinin oğlunu başqası ilə evləndirmək üçün illərdir plan qurduğunu iddia edib:
Bu zaman nə demək lazımıdr? Allah xoşbəxt eləsin. Axır ki, illərlə qurduğu istəyə nail oldu. Mən Canana da sənə xeyir-dua verirəm. Sən o Mətanət İsgəndərlisən ki, 21 yaşlı qıza üzük taxıb, sonra onun başına 8 il oyun gətirən... Hər zaman sənin hörmətini saxladım. Balalarımı geri qaytar, övladlarımı heç bir ögey anaya vermək üçün dünyaya gətirməmişəm”.
Qeyd edək ki, Mətanət oğlu Kərim üçün bir neçə gün əvvəl elçi gedib.