“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında “Nargis” fondunun və jurnalının fəaliyyətə başlamasının 9-cu ildönümü münasibətilə bir çox tanınmış sima qonaq olub.
OLAY yazır ki, onların arasında illərdir küsülü olan Xalq artistləri Tünzalə Ağayeva və Faiq Ağayev də yer alıb.
Sənətçilərin birgə mahnı oxuması diqqətdən yayınmayıb. Sözügedən görüntülər “Nargis” jurnalının rəsmi səhifəsindən paylaşılıb, Tünzalə isə həmin videonu İnstaqram “Story”də izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, hər iki sənətçi 5 ildən çoxdur küsülüdür.