Müğənni Nadir Rüstəmli yeni bir filmə dəvət aldığını, layihədə Azər Aydəmirin də rol alacağını bildirib.
OLAY yazır ki, “Səhərin səsi” proqramında səslənən fikirlərə verilişin aparıcısı Samir Bayramlı reaksiya verib.
O, “Ölkədə 5 film var, 6-da Azər Aydəmir çəkilir. Uşağa imkan verin. Ölkədə aktyor qurtarıb? Çox keyfiyyətli aktyordur, istedaddır, mimikaları dərsinin rənginə qədər verə biləcək qədər peşəkardır. Amma hər yerdə də bir adamı çəkmək olmaz. O biri uşaqlara da imkan verin” - deyə, bildirib.