“Miss Universe -2021” 70-ci Beynəlxalq Gözəllik Müsabiqəsinin finalı dekabrın 12-də İsrailin Eylat şəhərində keçiriləcək.
OLAY yazır ki, müsabiqənin yarımfinalında ənənəvi olaraq iştirakçılar milli, gecə, eləcə də çimərlik geyimində podiuma çıxıblar.
Rusiyanı təmsil edən, əslən azərbaycanlı gözəl Ralina Ərəbova Kazan kraliçalarının libasları əsasında hazırlanmış tatar geyimini nümayiş etdirib.
Qeyd edək ki, müsabiqədə iştirak edən 80-ə yaxın iştirakçıdan yalnız 16-sı finala yüksələcək ki, bu da münsiflər heyətinin və tamaşaçıların səsverməsi ilə müəyyənləşəcək. Nəticələr final günü elan olunacaq.