Olay
Olay

“Avropa bizə haqsızlıq etməyib”

“Avropa bizə haqsızlıq etməyib”

2018-ci ildə Azərbaycanı “Avroviziya” Mahnı Müsabiqəsində təmsil edən və finala keçməyən Aisel (Aysel Məmmədova) dünən onunla eyni taleyi yaşayan Tural və Turan Bağmanovlar haqda açıqlama verib.

Bu barədə OLAY-a danışan sənətçi Avropanın ölkəmizə qarşı haqsız addım atmadığını deyib və ifaçılarımızı tənqid edənləri qınayıb:

“Hər il keçirilən bu yarışda bir neçə ölkə finala vəsiqə qazana bilmir. Ölkəmiz üzrə bu hal çox az yaşanıb deyə, bizə bir az qəribə gəlir. Başqa ölkələr belə bir vəziyyətə artıq alışıblar. Müsabiqələrdə qazanıb-qazanmamaq çox normal haldır. Kimsə qazanmırsa, o demək deyil ki, həmin adam pis musiqiçidir. “Avroviziya”da 43 ölkədən peşəkar təmsilçilər iştirak edirlər. Onlar beynəlxalq yarışmaya performansları, mahnıları ilə gəlib çıxıblar. 

Bütün dünyada izlənilən yerə gedib çıxmaq özü böyük bir işdir. Nə olsun obrazları linçləndi?! O geyimlər Avropaya uyğun dizayn olunub. O dərəcədə pis deyil. 

Kimsə pisləməyə başlayanda başqaları da ona qoşulur. Tənqid tənqidi gətirir. Ancaq belə olmamalıdır. Tural və Turan qalibiyyət gətirsə idi, hamı tərifləməyə başlayacaqdı. Düşünmürəm ki, Avropa bizə qarşı haqsızlıq edib. Baxın, İngiltərə illərdir finalda avtomatik iştirak etsə də, sonuncu yerlərdə qərarlaşır. Seçilməməyi normal qəbul etmək lazımdır. Hər kəs bilir ki, bu ölkə musiqi sahəsində necə peşəkar və istedadlıdırlar. Bizim uşaqlar mahnını özləri yazıb. Bu qədər əziyyət çəkiblər. Onları tənqid edəndən çox dəstəkləyənlər kifayət qədərdir. Uşaqları qaralamaq olmaz. İfaçılarımız hələ çox gəncdir və tənqidlər onların psixologiyasına təsir göstərə bilər”.