“İkinci Pərdə” filmi ilə ulduzu parıldayan Qorqud Cəfər Türkiyəyə köçüb.
OLAY yazır ki, 31 yaşlı aktyor-rejissor bir müddət bundan əvvəl Azərbaycandan gedib. O, hazırda İstanbulda fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Q. Cəfər Respublika İncəsənət Gimnaziyasıında təhsil alıb. Rüstəm İbrahimbəyovun Kino Akademiyasını bitirib, 2008-ci ildən 2012-ci ilə qədər "İbrus" teatrında aktyor çalışıb.
O, tanınmış şair Əlisəmid Kürün oğludur.