“Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva İsveçrənin Davos şəhərində keçirilən “Global Education Forum 2026” beynəlxalq tədbirinin final mərasimində iştirak edib.

OLAY yazır ki, iş xanımı forum çərçivəsində Azərbaycanı təmsil edən “MiniBoss” tələbələrinin valideynləri arasında cəmiyyətə, ailə dəyərlərinə və analıq missiyasına verdiyi töhfələrə görə “İlin anası” beynəlxalq mükafatına layiq görülüb.

Mükafatın təqdimatı zamanı aparıcı Ruhiyyə Əliyevanı “Azərbaycanın gözəl xanımı və nümunəvi anası” sözləri ilə səhnəyə dəvət edib. Zalda alqışlarla qarşılanan iş xanımına fəxri mükafat təqdim olunub.

Ruhiyyə Əliyeva Davosda mükafat aldı Ruhiyyə Əliyeva Davosda mükafat aldı Ruhiyyə Əliyeva Davosda mükafat aldı Ruhiyyə Əliyeva Davosda mükafat aldı