“Qiymət artımlarından nə xəbərdaram, nə də mənə təsir göstərir. Ona görə yox ki, mən varlıyam. Lakin zəhmətkeşəm. Dövlətimizin qanunlarına hörmətlə yanaşmalıyıq”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan İTV-də Dadaş Dadaşlinskinin “3D” verilişində qonaq olarkən söyləyib. O, qiymət artımlarından şikayətçi olmadığını bildirib:
“Mən və mənim kimilər əıziyyət çəkib, özündən başqa 20-30 nəfərin qayğısına qalırıq. İnsan əziyyət çəksə ailəsini saxlayıb, özünü dolandıra bilər. Bazar mənim evimə gəlir. Məın qarışqayam, qazanıram, evə gəlirəm. Məsələn, işıq idarəsindən qəbzinə baxıram. Deyirəm, 30 manat keçirdim. O da qayıdır ki, mən o qədər istifadə etmirəm axı, niyə belə çox gəlib. Deyirəm ki, belə demə, inciyərəm, işığı, qazı bol-bol işlət.
Pulu Allah bizə xərcləmək üçün verib. Ailələr var ki, evlərinə girirsən, adamın gözü kor olur. İşığı az-az yandırrılar. İnsan həyatda bir dəfə yaşayır, işığı, qazı bol-bol işlət. Allah sənə ruzisini verəcək. Hər kəs özündən ummalıdır, bəzi çatışmazlıqları özündə görməlidir. Qaz, işıq, su, ət-toyuq bahalansın da. Bu vaxta qədər acından ölən adam eşitmisiz? Biz yeməyi yeyirik ki, acından ölməyək. Biz insanlara ruhi qida verməliyik. Bu gün mən musiqilərimlə insanlara ruhi qida verirəm. Allah məni acından öldürər?”