Olay
Olay

Əməkdar artistin vəziyyəti yaxşı deyil

Əməkdar artistin vəziyyəti yaxşı deyil

Əməkdar artist Gülşad Baxşıyeva ötən gün baş rolunda oynadığı “Nazik mətləb” filminin qala gecəsinə qatılmayıb.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi Azərbaycan Televiziyasında çəkilişlər zamanı koronavirusa yoluxub.

Hazırda onun vəziyyəti yaxşı deyil. Lakin buna baxmayaraq sənətçi xəstəxanaya yerləşdirilməyib.