Olay
Olay

Aftandil İsrafilov dəfn olundu - Yenilənib

Aftandil İsrafilov dəfn olundu - Yenilənib

Ötən gün dünyasını dəyişən Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilir. 

OLAY yazır ki, qarmon ifaçısının yaxınları, sənət dostları, sevənləri, media və ictimaiyyət nümayəndələri Heydər Məscidinə toplaşıb. 

Vida mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak edir.

Sənətçi bir neçə saat sonra İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq. 

***

Mədəniyyət Nazirliyi Aftandil İsrafilovla vidaya əklil göndərib. Hazırda Heydər Məscidində mərhum üçün namaz qılınır.

***

Xalq artistinin nəşi Heydər Məscidindən İkinci Fəxri Xiyabana yola salınıb.

***

Qarmon ifaçısı İkinci Fəxri Xiyabanda dəfn olunub. 

Qeyd edək ki, 82 yaşlı Xalq artisti dünən səhər saat 10 radələrində dünyasını dəyişib. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi.

Müxbir: Nigar Namiq