Olay
Olay

Leyla daha bir məşhur şounun aparıcısı oldu

Leyla daha bir məşhur şounun aparıcısı oldu

Böyük Britaniya istehsalı olan “Got Talent” şousunu Azərbaycanda aparacaq şəxsin kimliyi məlum olub. 

OLAY yazır ki, Xəzər TV-də yayımlanacaq beynəlxalq layihənin aparıcılığı Leyla Quliyevaya həvalə olunub.  

Qeyd edək ki, Xəzər TV beynəlxalq layihə ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayaraq “Talant – Mərkəzi Asiya”nı ekranlarına gətirib.

Müsabiqənin sonrakı mərhələsində isə azərbaycanlı iştirakçıların seçimi nəzərdə tutulub. Azərbaycan üzrə seçimlər sözügedən kanal vasitəsilə gerçəkləşdiriləcək.

Yarışmanın seçim mərhələləri Azərbaycanla yanaşı Qırğızıstan, Tacikistan, Qazaxıstan və Özbəkistanda keçiriləcək.