Olay
Olay

Edis azərbaycanlı rəqqasları seçdi

Edis azərbaycanlı rəqqasları seçdi

Edis 10 gün sonra Baku Crystall Hall-da sevənlərinin qarşısına çıxacaq. 9 minə yaxın biletin satıldığı gecəyə müğənni sürprizlər hazırlayıb.

OLAY-ın məlumatına görə, sənətçi səhnəyə fərqli bir şəkildə çıxacaq. Hələ ki bununla bağlı detallar tam bilinməsə də, indiyədək olanlardan fərqli bir şou göstəriləcəyi deyilir.

Bundan başqa, Edisi səhnədə 28 rəqqas müşayiət edəcək. Onun 8-i Türkiyədən gələn, müğənninin öz rəqqasları, 20 nəfəri isə Bakıdandır.

Maraqlı məqam isə Bakıdan seçilən rəqqaslarla bağlıdır. Belə ki, Edislə birgə səhnədə “Nero” rəqs qrupu olacaq. Onlar Kristal Zalda performans sərgiləyəcəklər. Artıq gecə üçün xüsusi məşqlər də start götürüb.

6 mayda baş tutacaq tədbirdə öncə “KÖFN” qrupu səhnə alacaq. “Bi tek ben anlarım” hiti ilə ötən ilin ən təlabatlı türk qrupunun üzvləri ön səhnədə tamaşaçılarla görüşə gələcəklər.

Uzun zamandır konsertə həsrət olan Kristal Zalda Edis 2 saatdan çox səhnədə olacaq. 14 sektora ayrılan zalda qiymətlər 55-145 manat arası dəyişir.

Müğənni Azərbaycana ötənilki səfərində 7 min insana konsert vermis, Azərbaycan tarixində ən tez satılan konsert bileti mükafatının sahibi olmuşdu.

90 dəqiqə səhnədə canlı 29 mahnı ifa edən sənətçi rəqsləri ilə diqqət çəkmiş, antraktsız, sadəcə su içərək səhnədə qalan Görgülü məşhur Azərbaycan mahnısı “Ayrılığ”ı da ifa etməyi unutmamışdı. Edisin Bakı rayderi də xeyli diqqət çəkmişdi.

Qeyd edək ki, Görgülü Kristal Zalda konsert verən ilk türk ifaçıdır.