Aparıcı Bircan Bali pop ulduz Hadisenin Bakı konserti ilə bağlı yalan xəbər yayıb.
OLAY yazır ki, o, aparıcısı olduğu “Söylemezsem olmaz” proqramında müğənninin 7 mayda baş tutması planlaşdırılan Bakı Konqres Mərkəzindəki konserti haqda yanlış informasiya ötürüb.
O bildirib ki, Hadise kababxanaların birində 150 nəfərin qarşısına çıxacaq.
Məsələyə “Popbizde” səhifəsi aydınlıq gətirib. Yazılıb ki, əslində Bircanın dediyi məkan 3500 tamaşaçının yerləşə bildiyi Bakı Konqres Mərkəzidir.