Olay
Olay

Həm 30 yaş, həm yeni klip!

Həm 30 yaş, həm yeni klip!

“Xalq ulduzu” yarışması ilə məşhurlaşan müğənni Mehin Hümbətova “Sənə görə yaşadım” adlı yeni klipini təqdim edib.

OLAY yazır ki, 30 yaşına qədəm qoyan ifaçı ailəsini, dostlarını və media nümayəndlərini başına toplayıb, öncə klipi nümayiş etdirib, daha sonra isə rəqqaslarla birgə mini şou göstərib.

Gecədə iki libas geyinən sənətçinin təqdimatına anası da təşrif buyurub.

Mehin bildirib ki, “7 özəl” verilişində aparıcılığı ilə yanaşı, müğənnilik fəaliyyətini də davam etdirəcək:

“Ara-sıra mahnılarımı və kliplərimi təqdim edirəm ki, tamaşaçılar elə bilməsinlər ki, tamamilə kənara çəkilmişəm. Hərdən mahnılar olacaq”.

Gecənin irəliləyən dəqiqələrində müğənni anası ilə ad günü tortunu kəsib.

Qeyd edək ki, mahnının müəllifi RZZA, klipin rejissoru isə Emil Jaar-dır. Mehinin tərzi üzərində Murad High çalışıb.

Mehin klip üçün fotosessiya da etdirib. Onun fotolarını Azər Jafar ərsəyə gətirib.