Olay
Olay

"Aygün Kazımova kimi hər şeyimi sənətə qurban verə bilmərəm"

"Aygün Kazımova kimi hər şeyimi sənətə qurban verə bilmərəm"

“Müğənni olmamışdan əvvəl şou-biznes üzvləri ilə dostluq edirdim. Çünki ortaq dostlarım var. Sənətə gəldikdən sonra onların mənə münasibəti dəyişdi. Bu sənətə hobbi kimi baxıram".


Olay.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri ARB TV-də yayımlanan “Özəl” proqramında deyib. O, Xalq artisti Aygün Kazımova kimi fədakar olmadığını vurğulayıb:

“Aygün Kazımova kimi hər şeyimi sənətə qurban verə bilmərəm. Borca girmərəm, evimi satıb konsert verə bilmərəm. Öz pulum, imkanım ilə sənətə gəlmişəm. Bilsəydim ki, istedadım yoxdur, bu aləmə girməzdim”.