Olay
Olay

Şagirdləri məktəbdə dini klipə çəkdi, tənqid olundu

Şagirdləri məktəbdə dini klipə çəkdi, tənqid olundu

İlahiyyatçı-mərsiyəxan Seyid Peyman Boradigahinin məktəbdə çəkdirdiyi klip qalmaqala səbəb olub.

OLAY yazır ki, ifaçının azyaşlı oğlu Seyyid Hüseynlə 12 imama həsr edilən mahnısına sinifdəki şagirdlər də qoşulub.

Sosial şəbəkədə paylaşılan görüntülər istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar azyaşlı şagirdlərin dini mövzulara alət edilməsini kəskin şəkildə qınayıb.

Sözügedən video Seyid Peyman Boradigahinin səhifəsindən silinsə də, bir neçə səhifədə qalmaqadadır.