“75 yaşında qadını 2 saat göydən asıblar. Fuad Əlişov vaxtında məni də asmışdı”.
OLAY yazır ki, bu sözləri müğənni Roza Zərgərli “Səhər mərkəzi” proqramında Ajda Pekkanın ötən gün təqdim etdiyi “Bi tık” adlı klipdən danışarkən söyləyib.
O bildirib ki, “Mənimlə mənsiz” adlı klipində 6,5 saat havadan asılı qalıb:
“Klipimin məbləği 20 min dollar idi. Fuad eyni vəziyyətdə məni 6,5 saat asmışdı. Biz belə xoşlayırıq. Pul veririk ki, bizi asın. 2010-cu ilin yayında çəkdik, qışda da təqdim etdik.
Mən o yaşda bir həftə zülm çəkdimsə, bu yaşında Allah Ajda Pekkana şəfa versin. Klip çox gözəldir, bəyəndim. Bu “star” titulunu daşıyan insana yaraşan klipdir”.