Olay
Olay

“Azərbaycan və Türkiyə adına yarışacam”

“Azərbaycan və Türkiyə adına yarışacam”

Dekabrın 19-da Parisdə 19 ölkənin iştirakı ilə baş tutacaq “Junior Eurovision”da Azərbaycanı “One Of That Days” mahnısı ilə təmsil edən Sona Əzizova Türkiyə KİV-nə müsahibə verib.  

OLAY sözügedən müsahibəni təqdim edir:

- Bizə bir az özünüz haqqında məlumat verərdiniz?

-Mənim 12 yaşım var. Mən Bakıda anadan olmuşam. Boş vaxtlarımda musiqi dinləyirəm, gimnastika ilə məşğul oluram.

- “Junior Eurovision” üçün təklif necə aldınız?

-Mən məktəbə erkən yaşda başlamışam. 10 yaşımda böyük səhnəyə çıxdım. “Zima” festivalında iştirak etmişəm. Sonra “O Səs Uşaqlar”a qoşuldum və müsabiqədə ikinci oldum. Sonra mənə “Junior Eurovision”da iştirak etmək təklifi gəldi. Məmnuniyyətlə qəbul etdim.

- “One Of That Days” mahnınız haqqında bir az məlumat verə bilərsinizmi?

- Mahnı dünyaya və insanlara sevgi, dostluq və şəfqətdən bəhs edir. O, həmçinin başqa insanlar üçün öz həyatlarını riskə atan insanlara həsr olunub.

-Daha əvvəl maNga-nın “We Could Be The Same” mahnısına cover etdiniz. MaNga-nı necə kəşf etdiniz?

-Bəli. Çox sevdiyim üçün rok üslubunda araşdırma apararkən rast gəldim və mahnını çox sevdim, oxumaq istədim.

-Bu il “Junior Eurovision” mahnıları arasında sevdiyiniz mahnılar varmı, əgər varsa, hansı ölkələr?

-Bütün ölkələrin nümayəndələrini çox bəyəndim.Hər kəsin ifası və mahnısı çox yaxşıdır. Hər kəsə və özümə uğurlar arzulayıram.

-Türkiyədən səs vermək mümkün olacaq. Nəhayət, izləyicilərimizə bir mesajınız varmı?

-Kaş ki, bu il Türkiyə bizimlə olaydı. Türkiyə və Azərbaycan xalqı adına daha da uğurlu olmağa çalışacağam. Hər kəsə sevgi, hörmət və ehtiramımı göndərirəm.

- Mahnı seçimi necə oldu, bu proses haqqında bir az məlumat verə bilərsinizmi?

- Sentyabrın 10-dək bəstəkarlar öz mahnılarını göstərilən ünvana göndəriblər. Mənim səsimlə studiyada çox bəyənilən dörd mahnı yazılıb münsiflər heyətinə göndərildi. Ən çox xal toplayan mahnı qalib seçildi. 

- “Junior Eurovision”a necə hazırlaşırsınız? Səhnədəki çıxışınız haqqında bizə məlumat verə bilərsinizmi?

- Vokal dərslərinə gedirəm, məşq edirik. Təəssüf ki, səhnə haqqında danışa bilmirəm. Gəlin gözləyək və görək ki, daha maraqlı olsun.